"Turan Tovuz" heyətini yeni qapıçı ilə gücləndirib.
Sportal.az xəbər verir ki, qərb bölgəsi təmsilçisi İvan Konovalovu rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Vaxtilə Rusiyanın 21 yaşlılardan ibarət milli komandasının da şərəfini qoruyan qapıçı ilə 1+1 illik müqavilə bağlanılıb.
Moskva “Spartak”ının yetirməsi olan qapıçı Rusiyada “Amkar”, “Rubin”, “Ural”, “Baltika” klubları ilə yanaşı Serbiyada “Radniçki”, “Baçka”, Belarusda “Torpedo”, Qazaxıstanda “Tobol”, Şotlandiyada isə “Livinqston” klublarının formasını geyinib.
saytlarin hazirlanmasi