İngiltərənin oyununu türk hakimlər idarə edəcək

17:12 - 28 İyun 2024

Avro-2024-ün 1/8 final mərhələsinin İngiltərə - Slovakiya matçının hakimləri açıqlanıb.

Sportal.az xəbər verir ki, oyunu Türkiyədən olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Halil Umut Meler olacaq. Ona yan xətt hakimləri Mustafa Emre Eyisoy ve Kerem Ersoy köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Sloveniyadan olan Rade Obrenoviç yerinə yetirəcək.

Qeyd edək ki, İngiltərə - Slovakiya qarşılaşması 30 iyun tarixində Bakı vaxtilə saat 20:00-da start götürəcək.

Xəbər xətti