Türkiyənin daha bir klubu Dadaşovu transfer etmək istəyir

16:22 - 30 İyun 2024

Türkiyənin daha bir klubu Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovu heyətinə qatmaq niyyətindədir.

Sportal.az xəbər verir ki, ötən mövsümün sonunda Türkiyə I Liqasında iştirak etmək hüququ qazanan “Amedspor” biri Dadaşov olmaqla iki əcnəbi futbolçunu sıralarına cəlb etməyi planlaşdırır.

Bu barədə “Tigris Haber” portal məlumat yayıb. "Amedspor" Renatın transferinin çətin olacağı təqdirdə, onu icarəyə götürmək üçünü danışıqlar aparacaq.

Daha öncə forvardla birinci liqanın digər təmsilçisi “Kocaelispor”un da maraqlandığı bildirilirdi.

Xatırladaq ki, millimizin forvardı 2025-ci il iyunun 30-na qədər İsveçrənin “Qrasshopper” klubuna məxsusdur. O, ötən mövsümü icarə əsasında Türkiyə Superliqasında "Hatayspor"da keçirib.

Xəbər xətti