"Sumqayıt" hazırlığın ilk mərhələsini başa vurdu

19:15 - 1 İyul 2024

"Sumqayıt" bu gün dəniz kənarında keçirdiyi məşqlə yeni mövsümün hazırlıqlarının ilk mərhələsini başa vurub.

Sportal.az xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi kollektiv 1 günlük istirahətin ardından iyulun 3-ü axşam saatlarında təlim-məşq toplanışı üçün Türkiyənin Ankara şəhərinə yollanacaq.

Qeyd edək ki, "Sumqayıt" Avropa Konfrans Liqasında mübarizə aparacaq. "Kimyaçılar" Macarıstanın "Fehervar" klubu ilə qarşılaşacaq.

Xəbər xətti