Avropa çempionatı: Güləşçimiz erməniyə qalib gəlib finala yüksəldi

20:50 - 2 İyul 2024

Serbiyanın Novi Sad şəhərində güləş üzrə U-20 Avropa çempionatı davam edir.

Sportal.az xəbər verir ki, bu gün Yunan-Roma güləşçisi İsmayıl Rzayev finala yüksəlib.

O, təsnifat mərhələsində israilli Omer Baraka 8:0, 1/8 finalda bolqarıstanlı Martin Şişekova tuşla, 1/4 finalda xorvatiyalı Antonio Lukaça 9:0 hesdabı ilə qalib gəlib. Rzayev yarımfinalda ermənistanlı Erik Motevosyanı 2:1 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.

Qeyd edək ki, final görüşü sabah keçiriləcək.

Xəbər xətti