Dünya çempionatının finalı bu stadionda keçiriləcək

14:49 - 4 İyul 2024

2030-cu il dünya çempionatının finalının hansı stadionda keçiriləcəyi bəlli olub.

Sportal.az “Marca”ya istinadən xəbər verir ki, həlledici görüşə ev sahibliyini “Santyaqo Bernabeu” edəcək.

Qeyd edək ki, altı ildən sonra dünya çempionatı altı ölkə - İspaniya, Portuqaliya, Mərakeş, Uruqvay, Argentina və Paraqvayda baş tutacaq.

Xatırladaq ki, "Santiaqo Bernabeu" "Real"a(Madrid) məxsusdur. Stadion UEFA kateqoriyasında dördüncü statusa malikdir.

Arenanın 81,044 tamaşaçı tutumu var.

Xəbər xətti