"Bolonya" "Arsenal"ın 50 milyon avroluq təklifini qəbul etdi

21:24 - 4 İyul 2024

"Bolonya"nın futbolçusu Rikardo Kalafiori karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.

Sportal.az xəbər verir ki, "Arsenal" italyan müdafiəçinin transferini yekunlaşdırmaq üzrədir. Bu barədə "Tutto Mercato" nəşri məlumat yayıb.

A Seriyası təmsilçisini "Arsenal"ın 50 milyon avroluq təklifini qəbul edib.

Qeyd edək ki, "Atalanta" Rikardo Kalafiorini 2023-cü ilin yayında "Bazel"dən transfer edib. İtaliya millisinin üzvü komandanın heyətində meydana çıxdığı 37 rəsmi matçda 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin iyun ayına kimi nəzərdə tutulub.

Xəbər xətti