"Beşiktaş"ın müdafiəçisi La Liqa klubuna keçir

20:51 - 4 İyul 2024

Türkiyənin "Beşiktaş" klubunda ayrılıq gerçəkləşib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Valentin Rozyerlə yollarını ayırıb. Bu barədə yerli mətbuat məlumat yayıb.

Fransalı sağ cinah müdafiəçisi karyerasını İspaniya La Liqasında davam etdirəcək. 27 yaşlı futbolçunun sabah "Leqanes"lə müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, Valentin Rozyer 2020-ci ilin yayından "Beşiktaş"da çıxış edir. Təcrübəli oyunçu "qara qartallar"ın heyətində meydana çıxdığı 126 rəsmi matçda 6 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti