"Arsenal" İspaniya millisinin üzvünü transfer etdi

19:32 - 4 İyul 2024

"Arsenal" "Brentford"dan icarəyə götürdüyü David Raya ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, London təmsilçisi ispan qapıçının transfer hüququna yiələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Topçular" 28 yaşlı qolkiper üçün onun klubuna 27 milyon funt-sterlinq təzminat ödəyib.

Qeyd edək ki, David Raya 2023/2024 mövsümünü "Arsenal"da keçirib. İspaniya millisinin üzvü paytaxt təmsilçisinin heyətində 41 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti