"Mançester Yunayted" ten Haqın müqaviləsini uzatdı - RƏSMİ

16:58 - 4 İyul 2024

İngiltərənin "Mançester Yunayted" klubu baş məşqçi Erik ten Haqla bağlı qərar verib.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi niderlandlı mütəxəssislə yola davam edəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

54 yaşlı məşqçi ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalanıb.

Qeyd edək ki, Erik ten Haq 2022-ci ilin yayından "Mançester Yunayted"i çalışdırır. Komanda başa çatan mövsümdə İngiltərə Kubokunun qalibi olub, Premyer Liqanı isə 8-ci pillədə başa vurub.

Xəbər xətti