Cavid Hüseynovu əvəz edən baş məşqçi bəlli oldu

18:14 - 4 İyul 2024

Elhad Nəziri "Cəbrayıl" FK-nın baş məşqçisi təyin edilib. 

Sportal.az xəbər verir ki, bu haqda klubun yaydığı açıqlamada bildirilib.

B kateqoriyalı baş məşqçi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Elhad Nəziri futbolçu kimi "Lokomotiv" (Bakı), "Milsami" (Moldova), "Petrolul" (Rumıniya),"İnter" (Bakı), "Metralul" (Rumıniya) klublarının formasını geyinib. Rumıniya kubokunun qalibi və çempionatın bürünc mükafatçısı olub.

Gənc çalışdırıcı “Cəbrayıl” FK ilə Region Liqasının qalibi və II Liqanın gümüş medalçısı olub.

Xatırladaq ki, daha əvvəl "Cəbrayıl"ın baş məşqçiai olmuş Cavid Hüseynov isə yeni mövsümdə "Turan Tovuz"da Kurban Berdıyevin köməkçisi kimi çalışacaq.

Xəbər xətti