"Neftçi"dən açıqlama: "Futbolçumuzun sözləri yanlış anlaşılıb"

20:20 - 4 İyul 2024

"Neftçi" futbolçusu Mark Tamaşın Konfrans Liqasının II təsnifat mərhələsində "Sumqayıt"ın rəqibi olan "Fehervar"ın saytına verdiyi müsahibə ilə bağlı açıqlama yayıb.

Sportal.az xəbər verir ki, "ağ-qaralar" macar müdafiəçinin fikirlərinin yanlış anlaşıldığını bildirib:

“Neftçi” PFK-nın futbolçusu Mark Tamaş Macarıstanın “Fehervar” klubunun rəsmi saytına açıqlama verib. Həmin müsahibədə futbolçumuzun sözləri yanlış anlaşılıb və “Fehervar” klubu Markın o sözləri demək istəmədiyinə aydınlıq gətirib, baş verən anlaşılmazlığa görə təəssüfləndiklərini bildiriblər".

Xəbər xətti