"Bavariya"nın müdafiəçisi "Mançester Yunayted"lə razılaşdı

12:56 - 3 İyul 2024

"Bavariya"nın futbolçusu Matteys de Lixt karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.

Sportal.az xəbər verir ki, niderlandlı müdafiəçi "qırmızı şeytanlar"la razılıq əldə edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

PSJ-də de Lixti transfer etmək istəyir. Lakin 24 yaşlı mərkəz müdafiəçisi İngiltərə klubunda oynamağa üstünlük verir. Futbolçu buna görə də Paris təmsilçisi ilə danışıqlar aparmır. Keçidin yekunlaşması üçün "Bavariya" və "Mançester Yunayted" arasında danışıqlar davam edir.

Xəbər xətti