"Şerif" - "Zirə" matçı üçün biletlər satışa çıxarıldı

17:18 - 3 İyul 2024

Avropa Liqasının 1-ci təsnifat mərhələsinin “Şerif” – “Zirə” matçının biletləri satışa çıxarılıb.

Sportal.az Tiraspol klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, biletlərin qiyməti təxminən 5-27 manat arasında dəyişir.

“Şerif” - “Zirə” matçı iyulun 11-də “Şerif” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, cavab matçı iyulun 18-də baş tutacaq və 20:00-da start götürəcək.
 

Xəbər xətti