Premyer Liqa klubundan 18 milyonluq transfer

19:21 - 3 İyul 2024

İngiltərə Premyer Liqa təmsilçisi "Everton" növbəti transferi reallaşdırıb.

Sportal.az xəbər verir ki, Mersisayd klubu İliman Ndiayeni heyətinə qatıb.

Seneqallı 24 yaşlı yarımmüdafiəçi İngiltərə klubu ilə 5 illik müqavilə imzalayıb.

"Marsel" onun transferindən 18 milyon avro qazanıb.

Seneqal millisinin forvardı "Şeffild Yunayted", "Hayd Yunayted" komandalarında oynadıqdan sonra 2023-cü ildə "Marsel"ə keçmişdi.

Xəbər xətti