"Qalatasaray" legioneri ilə yeni müqavilə imzaladı

20:46 - 3 İyul 2024

"Qalatasaray" vingeri Dris Mertenslə bağlı qərarını verib.

Sportal.az xəbər verir ki, "cim-bom" belçikalı legioneri ilə yeni müqavilə imzalayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

O, 2024/2025 mövsümün də "Qalatasaray"da keçirəcək.

37 yaşlı futbolçu “Gent”, “Utrext”, PSV, “Napoli”də oynadıqdan sonra 2022-ci ildə “Qalatasaray”a keçmişdi.

Mertens buna görə klubdan 3 milyon avroya yaxın maaş alacaq.

Xəbər xətti