"Qarabağ"ın məğlub etdiyi klubdan 10 milyonluq transfer

12:12 - 4 İyul 2024

“Nant” 10 milyon avroya "Renn"dən hücumçu transfer edib.

Sportal.az xəbər verir ki, Fransa klubu Mattias Ablini heyətinə qatıb.21 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.

Ötən mövsüm Ablin icarə əsasında "Nant"da çıxış edib.

Onun aktivində 24 oyun, 5 qol və 1 məhsuldar ötürmə var.

Forvard "Renn"in yetirməsidir. O, həmçinin “Havr” və “Oser”də icarə əsasında çıxış edirdi. Ablin Fransanın U-21 yığmasının da üzvü olub.

Qeyd edək ki, 2022/2023 mövsümündə Avropa Liqasının "Nant"la eyni qrupda yer alıb. Ağdam təmsilçisi Bakıda rəqibini 3:0 məğlub edib, Fransadakı görüşdə isə 1:2 uduzmuşdu.

Xəbər xətti