Millinin kapitanı İngiltərəyə qarşı oynayacaq

13:34 - 4 İyul 2024

İsveçrə millisinin yarımmüdafiəçisi Qranit Caka AVRO-2024-ün 1/4 final mərhələsinin İngiltərəyə qarşı keçiriləcək oyununda oynayıb-oynamayacağı bəlli olub.

Sportal.az "The Mirror" xəbər verir ki, millinin kapitanının əzələsində problem yaşadığı üçün ingilislərə qarşı oynamayacağı ehtimal edilirdi.

Amma Caka hazırda fərdi qaydada məşqlərini yerinə yetirir və İngiltərə ilə görüşdə meydanda olacağı gözlənilir.

Qeyd edək ki, İngiltərə - İsveçrə görüşü iyulun 6-da Almaniyanın Düsseldorf şəhərində keçiriləcək və matça 20:00-da start veriləcək.
 

Xəbər xətti