Ruanda millisinin üzvü "Zirə"yə keçidini şərh etdi

19:46 - 3 İyul 2024

"Zirə"nin yay transferlərindən biri də Ruanda millisinin müdafiəçisi Ange Mutsinzi oldu.

Sportal.az xəbər verir ki, afrikalı futbolçu Azərbaycan klubuna keçidini şərh edib.

İnstaqram hesabında paylaşım edən 26 yaşlı futbolçu bunları yazıb:

"Mənim üçün yeni səhifə açıldı. Hər şey Allahın nəzarətindədir".

Qeyd edək ki, Mutsinzi "Zirə"yə Norveçin “Jerv” klubundan keçib. O, karyerası ərzində ölkəsində "Muhanqa", "Rayon Sports", APR klublarında oynadıqdan sonra 2021-ci ildə "Trofense"yə keçib.

Xəbər xətti