"Sabah"la oyundan əvvəl "Makkabi"də növbəti problem - Bakıya gəlməyəcək

20:23 - 3 İyul 2024

Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin qarşıdakı oyunlarında “Sabah”ın rəqibi olan İsrailin “Makkabi” klubu mərkəz müdafiəçisi çatışmazlığı yaşayır.

Sportal.az “mako.co.il2 portalına istinadən xəbər verir ki, ailə səbəbi ilə bağlı hələ də vətənində olan və kluba qayıtmayacağı gözlənilən seneqallı mərkəz müdafiəçisi Abdoulaye Seklə yanaşı, Parisdə İsrailin Olimpiya yığmasına cəlb olunacaq Şon Qoldberq də “Sabah”la oyunu buraxacaq.

Belə olan halda ehtiyat və komandada dördüncü stoper sayılan Rami Qerşon “Sabah”la oyuna çıxacaq.

Xatırladaq ki, “Sabah” – “Makkabi” matçları iyulun 25-i və avqustun 1-də keçiriləcək.

Xəbər xətti