Rahil Məmmədov "LKS Lodz"la bağlı qərarını verdi

09:49 - 4 İyul 2024

Millimizin üzvü Rahil Məmmədov Polşanın "LKS Lodz" klubundakı gələcəyi ilə bağlı qərarını verib.

Sportal.az saytına verilən məlumata görə, Polşa klubu Azərbaycan millisinin müdafiəçisinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verib.

Xatırladaq ki, Məmmədov bu ilin yanvarında “LKS Lodz”a keçmişdi və əsas heyətdə yer almışdı.

Lakin onun komandası 2023/2024 mövsümünün yekunlarına görə liqadan düşmüşdü.

Xəbər xətti