Portuqaliya millisinin üzvü "Bavariya"da

15:55 - 3 İyul 2024

"Fulhem"in yarımmüdafiəçisi Joao Palinya karyerasını Almaniya Bundesliqasında davam etdirəcək.

Sportal.az xəbər verir ki, "Bavariya" portuqaliyalı futbolçunun transferini yekunlaşdırmaq üzrədir. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

Münhen təmsilçisi 28 yaşlı dayaq yarımmüdafiəçisi üçün İngiltərə klubuna 46 milyon avro təzminat ödəyəcək. Təcrübəli oyunçu "Bavariya" ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayacaq.

Qeyd edək ki, "Fulhem" Joao Palinyanı 2022-ci ilin yayında "Sportinq"dən transfer edib. Portuqaliya millisinin üzvü ötən mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 39 rəsmi matçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti