Argentina millisinin üzvü "Barselona"ya keçir

16:49 - 3 İyul 2024

Argentina millisinin və “Roma”nın yarımmüdafiəçisi Leandro Paredes “Barselona”ya keçidə yaxındır.

Sportal.az “Sport.es”ə istinadən xəbər verir ki, dayaq yarımmüdafiəçisinə Kataloniya klubundan təklif gəlib.

30 yaşlı argentinalının “qurdlar”la müqaviləsinin bitməsinə 1 il qalıb və hələlik tərəflərin müqaviləni yeniləmək fikrində deyil. Romalılar futbolçunu azad agent kimi buraxmaq niyyətində deyil.

Xatırladaq ki, Paredes dünya çempionudur və o, “Roma”ya qədər Fransanın PSJ və Rusiyanın “Zenit” klubunda çıxış edib.
 

Xəbər xətti