"Milan" braziliyalının keçidini həll etdi

11:11 - 4 İyul 2024

"Milan" "Tottenhem"in sağ cinah müdafiəçisi Emerson Royalı transfer etməyə yaxındır. 

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, "rossonyerlər" braziliyalı futbolçunu razı sala bilib. 

Onun yaxın günlərdə Milana yollanaraq tibbi müayinədən keçərək, rəsmi müqaviləyə qol çəkəcəyi gözlənilir.

25 yaşlı futbolçu "Milan"la 5 illik müqavilə imzalayacaq.

Onun "Tottenhem"lə hazırkı müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir. İtaliya klubunun Emerson üçün qarşı tərəfə nə qədər ödəyəcəyi isə hələ ki, bəlli deyil.

2019-cu ildən Braziliya millisində oynayan Emerson "Ponte-Preta", "Atletiko Mineyro", "Barselona", "Betis"də çıxış etdikdən sonra 2021-ci ildə "Tottenhem"lə anlaşmışdı.

Xəbər xətti