"Sumqayıt"ın rəqibi yeni transferlə müqaviləni ləğv etdi

12:11 - 3 İyul 2024

Avropa Konfrans Liqasının II təsnifat mərhələsində "Sumqayıt"ın rəqibi olan "Fehervar"ın yeni transferi komandaya gəlməkdən imtina edib.

Sportal.az xəbər verir ki, Corc Dobson Macarıstan təmsilçisinin formasını geyinməyəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Daha əvvəl müqavilə imzalanmış və iyulun 1-də kollektivə qoşulmalı olan ingilis yarımmüdafiəçi "Fehervar"da oynamayacaq. 26 yaşlı futbolçu ailə məsələləri ilə bağlı belə qərar verib. Buna görə də tərəflər arasında imzalanan sözləşmə ləğv olunub. Klub həmin mövqeyə yeni oyunçu axtarır.

Qeyd edək ki, “Sumqayıt”ın “Fehervar”la ilk oyunu iyulun 25-də Azərbaycanda, cavab görüşü isə iyulun 31-də Macarıstanda keçiriləcək.

Xəbər xətti