Türkiyə millisi Niderlandla matça itkilərlə çıxacaq

11:20 - 3 İyul 2024

Türkiyə millisi Avro-2024-ün 1/4 final mərhələsində Niderland yığması ilə qarşılaşacaq.

Sportal.az xəbər verir ki, "ay-ulduzlular" görüşə ciddi itkilərlə çıxacaq.

Yarımmüdafiəçilər İsmail Yüksek və Orkun Kökçü komandaya kömək edə bilməyəcək. Hər iki oyunçu Avstriya ilə oyunda sarı vərəqə gördüyü üçün cəzalı duruma düşüb.

Qeyd edək ki, Niderland - Türkiyə matçı 6 iyul tarixində Bakı vaxtilə saat 23:00-da baş tutacaq.

Xəbər xətti