Avro-2024: Niderland millisi 1/4 finalda

21:56 - 2 İyul 2024

Almaniyada keçirilən Avropa çempionatında 1/8 final mərhələsinin oyunları davam edir.

Sportal.az xəbər verir ki, bu gün Niderland və Rumıniya milli komandaları üz-üzə gəlib. Qarşılaşma Ronald Kumanın yetirmələrinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Niderland yığması 1/4 finala vəsiqə qazanıb. Rumıniya isə turnirdə mübarizəni dayandırıb.

"Narıncılar" 1/4 finalda Avstriya - Türkiyə matçının qalibi ilə qarşılaşacaq.

Xəbər xətti