"Fənərbaxça" istədiyi forvardı İspaniyada tapdı

16:49 - 1 İyul 2024

"Fənərbaxça" hücum xəttini gücləndirmək istəyir.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Sevilya"nın forvardı Yusuf En-Nesrini heyətinə qatmağı planlaşdırır.

Yeni mövsüm çempion olmaq istəyən "Fənərbaxça" 27 yaşlı forvardla danışıqlara başlayıb.

Komandanın yeni baş məşqçisi Joze Mourinyo şəxsən mərakeşli hücumçunu sərəncamında görmək istəyir.

"Leqanes", "Malaqa" klublarında da oynamış Yusuf 2020-ci ilin yanvarında "Sevilya"ya keçib. 

Xəbər xətti