Azərbaycan millisinin hücumçusunun Türkiyə klubuna keçidi reallaşmadı

15:49 - 1 İyul 2024

Türkiyənin "Amedspor" klubu azərbaycanlı hücumçu Renat Dadaşovu transfer etmək fikrindən daşınıb.

Sportal.az xəbər verir ki, buna səbəb isə tərəflər arasında aparılan danışıqların heç bir nəticə verməməsidir.

Belə ki, "Amedspor" təmsilçiləri ilə "Qrasshopper" maliyyə məsələlərində razılaşmaq istəməyib. Belədə, Türkiyə birinci liqasına yeni vəsiqə qazanan klub Dadaşovdan vaz keçərək, başqa hücumçu axtarışına çıxıb.

Əlavə edək ki, Renat üçün həmin liqada yarışan və Ramil Şeydayevin formasını geyindiyi "Kocaelispor" da maraqlıdır. Lakin bu keçidin baş tutub-tutmayacağı hələ ki, bəlli deyil. 

Xatırladaq ki, Azərbaycan millisinin hücumçusu ötən mövsümü icarə əsasında Türkiyənin Superliqa təmsilçisi olan "Hatayspor"da keçirib. O, 2025-ci il iyunun 30-na qədər İsveçrənin “Qrasshopper” klubuna məxsusdur.

Xəbər xətti