Türkiyə millisinin üzvü "Ayntraxt"a keçdi

12:34 - 2 İyul 2024

Türkiyə millisinin üzvü Can Uzun Almaniyada klubunu dəyişib.

Sportal.az xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi "Ayntraxt"da oynayacaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Frankfurt təmsilçisi türkiyəli üçün "Nürnberq"ə 12 milyon avro ödəyib.

O, yeni komandası ilə 5 illik müqavilə imzalayıb.

Can Bundesliqa 2-də 33 oyunda 16 qol vurub, 2 asist edib. 

Xəbər xətti