Avro-2024: Fransa millisi 1/4 finalda

22:01 - 1 İyul 2024

Almaniyada keçirilən Avropa çempionatında 1/8 final mərhələsinin oyunları davam edir.

Sportal.az xəbər verir ki, bu gün Fransa və Belçika milli komandaları üz-üzə gəlib. Qarşılaşma Didye Deşamın yetirmələrinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Fransa yığması 1/4 finala vəsiqə qazanıb. Belçika isə Avro-2024-də mübarizəni dayandırıb.

Fransızlar 1/4 finalda Portuqaliya - Sloveniya cütün qalibi ilə qarşılaşacaq.

Xəbər xətti