"Barselona"nın hücumçusu "Çelsi"də - RƏSMİ

19:55 - 1 İyul 2024

"Çelsi" hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, London təmsilçisi "Barselona"dan Mark Quini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Çelsi" 18 yaşlı hücumçu üçün İspaniya klubuna 6 milyon avro təzminat ödəyib. Premyer Liqa klubu gənc forvardla 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, Mark Qui "Barselona"nın yetirməsidir. İspaniya U-19 millisinin üzvü ötən mövsüm Kataloniya təmsilçisinin heyətində bütün turnirlərdə meydana çıxdığı 32 rəsmi matçda 10 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti