Azərbaycanı Olimpiya Oyunlarında təmsil edəcək cüdoçular bəlli oldu

19:36 - 1 İyul 2024

Paris 2024 Yay Olimpiya Oyunlarında iştirak edəcək cüdo üzrə Azərbaycan millisinin heyəti bəlli olub.

Sportal.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının qərarına əsasən, olimpiadada ölkəmizi təmsil edəcək milli komandanın heyəti müəyyənləşib.

İyulun 26-dan etibarən başlayacaq 33-cü Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edəcək cüdoçuların siyahısını təqdim edirik:

Qadınlar

48 kq.

Leyla Əliyeva

52 kq.

Gültac Məmmədəliyeva

Kişilər

60 kq.

Balabəy Ağayev

66 kq.

Yaşar Nəcəfov

73 kq.

Hidayət Heydərov

81 kq.

Zelim Tçkayev

90 kq.

Elcan Hacıyev

100 kq.

Zelim Kotsoyev

+100 kq.

Uşanqi Kokauri

Xəbər xətti