Azərbaycanlı nazir "Qarabağ"a çağırış, Qurban Qurbanova təşəkkür etdi - FOTO

14:17 - 2 İyul 2024

Azərbaycan Basketbol Federasiyasının rəhbəri, Azərbaycan Respublikasının elm və təhsil naziri, “Neftçi”nin Müşahidə Şurasının üzvü Emin Əmrullayev instaqram profilində paylaşım edib.

Sportal.az xəbər verir ki, azərbaycanlı nazir "Qarabağ"ın basketbol oynamasına diqqət çəkib. O, basketbolun təşviqinə görə Qurban Qurbanova da təşəkkür edib:

"Qarabağ" klubunun futbolçularının basketbol məharəti! Afərin! Basketbolun təşviqinə görə Qurban Qurbanova xüsusi təşəkkür edirəm.

"Qarabağ" Futbol Klubunu Avropa Çempionlar Liqasının qrup mərhələsində, "Qarabağ" Basketbol Klubunu isə Azərbaycan Basketbol Liqasında görmək ümidi ilə..".

Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında hazırda 10 komanda mübarizə aparır və yeni sezondan liqada 12 komandanın olacağı istisna edilmir.

Mirbağırağa

Xəbər xətti