İtaliya millisinin müdafiəçisi "Çelsi"də oynayacaq

10:21 - 2 İyul 2024

"Çelsi" bu yay "Bolonya" və İtaliya millisinin müdafiəçisi Rikkardo Kalafiorini heyətinə qatmağı planlaşdırır.

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, "zadəganlar" italiyalı müdafiəçi üçün hərəkətə keçib.

"Çelsi" "Bolonya"nın istədiyi transfer məbləğini ödəməyə hazırdır.

"Arsenal"ın da transfer siyahısında yer alan Kalafiorinin seçimini "Çelsi"dən yana edəcəyi gözlənilir.

22 yaşlı futbolçunun "Bolonya" ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. "Roma" yetirməsi olan müdafiəçi "Cenoa" və "Bazel"də də oynayıb.

Xəbər xətti