"Qarabağ"da oynamış futbolçu klubsuz qaldı

12:47 - 4 İyul 2024

"Qarabağ"dan ayrıldıqdan sonra Səudiyyə Ərəbistanının "Abha" klubunda oynayan Uroş Matiç klubsuz qalıb.

Sportal.az xəbər verir ki, serbiyalı futbolçu özü bu barədə instaqram səhifəsində bununla bağlı məlumat yayıb.

34 yaşlı futbolçunun karyerasına hansı klubda davam edəcəyi hələ ki, bəlli deyil.

Karyerası ərzində “Koşitse”, “NAK Breda”, “Şturm”, “Kopenhagen”, “Austriya”, APOEL, “Kopenhagen” klublarında oynamış Matiç 2020-ci il iyul ayında “Qarabağ”a keçmiş, bir mövsüm sonra isə oradan ayrılmışdı.

 

Xəbər xətti