Qakpo ən yaxşı seçildi

22:21 - 2 İyul 2024

Niderland milli komandası Avro-2024-ün 1/8 final mərhələsində Rumıniyanı 3:0 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, Kodi Qakpo matçın ən yaxşı oyunçusu seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

1 qol və 1 məhsuldar ötürmə ilə komandasının 1/4 finala yüksəlməsində böyük pay sahibi olan 25 yaşlı vinger azarkeşlərin səslərinə əsasən görüşün ən yaxşısı adına layiq görülüb.

Xəbər xətti