"Kəpəz" "Turan Tovuz"la qarşılaşacaq

13:17 - 2 İyul 2024

"Kəpəz" yoldaşlıq görüşünə çıxacaq. 

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yeni mövsüm üçün məşqləri davam etdirən Gəncə təmsilçisi yoxlama oyunu keçirəcəyi daha bir rəqib müəyyənləşib.

"Sarı-göylər" Premyer Liqa təmsilçisi "Turan Tovuz" ilə qarşılaşacaqlar.

Oyun Qəbələdə keçiriləcək. Matç iyulun 10-u saat 17:00-a təyin olunub.

Xəbər xətti