"Turan Tovuz"un futbolçusu Braziliyaya qarşı oynaya bilər

09:35 - 2 İyul 2024

"Turan-Tovuz"un müdafiəçisi Roderik Millerin şərəfini qoruduğu Panama millisi Amerika kubokunun 3-cü mərhələsində Boliviya yığmasına qalib gəlib (3:1).

Sportal.az xəbər verir ki, Millerin adı iştirak ərizəsində olsa da, meydana buraxılmayıb.

Onun komandası C qrupunda ikinci yeri tutaraq pley-offa yüksəlib və burada D qrupunun ən yaxşı kollektivi ilə qarşılaşacaq.

Panamanın rəqibi Kolumbiya - Braziliya matçından sonra bəlli olacaq. 

Xəbər xətti