"Zirə"nin rəqibi Fransa klubundan vinger gətirdi - FOTO

15:18 - 1 İyul 2024

Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Zirə”nin rəqibi olan “Şerif” növbəti transferini həyata keçirib.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Tiraspol klubu mavritaniyalı vinger Papa Ndiaqa Yade ilə güclənib.

Forvard yeni klubuna Fransanın “Metz” klubundan keçib.

Xatırladaq ki, “Zirə” və “Şerif” klublarının ilk görüşü iyulun 11-i Moldovada, cavab matçı isə iyulun 18-də Bakıda keçiriləcək.

24 yaşlı futbolçu “Metz”dən savayı “Trua”, “Metropol”, “Linquere” klublarında da oynayıb.

Xəbər xətti