Mahir Emreli Xorvatiyaya yollandı - "Dinamo"da qalacaq?

14:34 - 1 İyul 2024

Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli Xorvatiyaya qayıdıb.

Sportal.az saytına verilən məlumata görə, 27 yaşlı forvard Zaqreb klubunun düşərgəsinə qoşulub.

Amma Emrelinin Xorvatiya çempionunda qalmayacağı gözlənilir. Yaxın günlərdə millimizin üzvü “Dinamo”nun düşərgəsini tərk edəcək.

Onun “Dinamo” ilə müqavilə müddəti 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Xəbər xətti