Ruanda millisinin müdafiəçisi "Zirə"də - RƏSMİ

18:34 - 1 İyul 2024

"Zirə" yeni futbolçu ilə anlaşıb.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qəsəbə təmsilçisi Norveçin "Jerv" klubundan Ange Mutsinzini heyətinə qatıb.

Ruandalı müdafiəçiylə 3 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, 26 yaşlı futbolçu həmçinin karyerası ərzində ölkəsinin “Muhanqa”, “Rayon Sports”, APR, Portuqaliyanın “Trofense” klublarında çıxış edib.

Ruanda millisinin də şərəfini qoruyan futbolçu millidə 16 matça çıxıb.

Xəbər xətti