İtaliya klubunun yeni baş məşqçisi bəlli oldu

19:53 - 2 İyul 2024

İtaliyanın “Empoli” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisini Roberto D`Aversa çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İtalyan məşqçi ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Roberto D'Aversa son olaraq "Leççe"ni çalışdırıb. 48 yaşlı mütəxəssis bu ilin mart ayında istefaya göndərilmişdi.

Xəbər xətti