"Fənərbaxça"nın istədiyi hücumçu Madriddə qalır

18:57 - 2 İyul 2024

Adı "Fənərbaxça" və Səudiyyə Ərəbistanı klubları ilə hallanan Alvaro Morata gələcəyi ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, ispan hücumçu Madrid təmsilçisini tərk etməyəcək. Bu barədə futbolçu özü yerli mətbuata açıqlama verib.

32 yaşlı forvard bu gün Səudiyyə Ərəbistanından gələn bütün təklifləri rədd edib.

Qeyd edək ki, Alvaro Morata ötən mövsüm "Atletiko"nun heyətində meydana çıxdığı 48 rəsmi matçda 20 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2026-cı ilin yayında başa çatır.

Xəbər xətti