"Qarabağ"ın sabiq üzvü Türkiyə klubunda

09:35 - 1 İyul 2024

"Qarabağ"dan ayrılan Adama Diakabi Türkiyədə oynayacaq.

Sportal.az xəbər verir ki, fransalı yarımmüdafiəçi "Bandırmaspor"la anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı futbolçu 2023-cü il yanvar ayında "Qarabağ"a keçmiş, ötən ay isə komandadan ayrılmışdı.

Fransalı futbolçu Ağdam klubunda 33 matçda 7 qol vurub.

Xəbər xətti