Türkiyə millisinin üzvü Fransa klubunda ayrıldı

21:52 - 30 İyun 2024

Türkiyə milli komandasının üzvü Yusuf Yazıcı "Lill"dən ayrılıb.

Sportal.az xəbər verir ki, bu barədə futbolçu özü məlumat verib. "Lill" ona yeni müqavilə təklif etsə də, Yazıcı bu komandada qalmamaq qərarı verib. 

27 yaşlı yarımmüdafiəçinin hazırda iki seçimi var. "Beşiktaş" və "Əl-Şabab" Yazıcıya müqavilə təklif edib. Türkiyə millisinin üzvü AVRO-2024-dən sonra qərarını verəcək. 

Xəbər xətti