Abdullah Zubir "Qarabağ"la yeni müqavilə imzalamasını şərh etdi - FOTO

14:23 - 30 İyun 2024

Fransalı vinger Abdullah Zubir "Qarabağ"la yeni müqavilə imzalamasını şərh edib.

Sportal.az xəbər verir ki, o, instaqram səhifəsində bunları yazıb:

"Gəlin bu gözəl klub üçün işləməyə davam edək. Hər kəsə təşəkkürümü bildirirəm".

Qeyd edək ki, Zubir "Qarabağ"la 3 illik yeni müqavilə imzalayıb. Xatırladaq ki, fransalı legioner 2018-ci ildən Azərbaycan çempionunun üzvüdür. 

32 yaşlı futbolçu ölkəmizə gələnə qədər karyerası ərzində "Qrenobl", "İstr", "Hibernian", "Petrolul", "Lans" klublarında oynayıb.

Xəbər xətti