"Bavariya" portuqaliyalını razı saldı

11:33 - 30 İyun 2024

"Bavariya" Portuqaliya millisinin və "Fulhem"in yarımmüdafiəçisi Joao Palinyanın transferində israrlıdır.

Sportal.az "A Bola"ya istinadən xəbər verir ki, Almaniya nəhəngi 28 yaşlı futbolçu üçün 45 milyon avrosundan keçməyə hazırdır.

Hazrda tərəflər arasında razılıq əldə edildiyi bildirilir.

Ötən mövsüm 40 matçda 4 qol vurub, 1 asist etmiş Palinya üçün 55 milyon avro tələb edilirdi. 

Onun "Fulhem"lə hazırkı müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. 

Xəbər xətti