Sabir Buqrin qayıdır - "Neftçi" sabiq futbolçusunu geri qaytarır

21:41 - 29 İyun 2024

"Neftçi" sabiq futbolçusunu geri qaytarmaq istəyir.

Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, söhbət 2020/22-ci illəri "ağ qaralar"da keçirmiş Sabir Buqrindən gedir.

Mərakeşli legioner hazırda "Raja Kasablanka" klubunda çıxış edir.

27 yaşlı yarımmüdafiəçi son mövsüm vətənində keçirdiyi 30 oyunda 2 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.

2020/2021-ci il mövsümündə paytaxt klubu ilə Azərbaycan çempionu olan Sabirin Tunisin "Esperans"a klubuna keçidindən "ağ qaralar" 300 min dollar gəlir əldə edib.

O, "Neftçi" formasında keçirdiyi 49 matçda 6 qol, 7 asistlə yadda qalıb.

Xəbər xətti