İtaliyaya qol vuran isveçrəli: "Məndən qol vurmağımı xahiş etdi"

15:46 - 30 İyun 2024

İsveçrə millisinin futbolçusu Ruben Varqas Avropa çempionatının 1/8 finalında italyanları məğlub etdikləri görüş haqda danışıb.

Sportal.az UEFA-ya istinadən xəbər verir ki, İtaliya ilə(2:0) görüşdə komandasının qollarından birinin müəllifi olan isveçrəli Qranit Cakanın ona oyunun gedişində nə dediyini də açıqlayıb:

"Keçmişdə çox güclü komandalarla rəqabət apara biləcəyimizi göstərmişdik. Başqalarının tərifinə əhəmiyyət vermirik, nə qədər yaxşı olduğumuzu bilirik və özümüzə fokuslanırıq. İkinci hissənin başlamasından az keçmiş Qranit Caka məndən qol vurmağımı xahiş etdi. Bir neçə saniyədən sonra top ayağıma gəkdi və Qranitin istədiyini etdim. Çox xoşbəxtəm".

İsveçrəli futbolçu 2019-cu ildən Almaniyanın “Auqsburq” klubunda çıxış edir. Ötən mövsüm Almaniya çempionatının 31 matçında Varqas dörd asist edib.

Xəbər xətti